Bakıda naməlum sürücü piyadanı vurub öldürərək ərazidən uzaqlaşıb. Bu barədə 26 oktyabr tarixində Report məlumat verib.
Hadisə ötən gecə saat 02:00-da paytaxtın Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində "Rosoil" yanacaqdoldurma məntəqəsinin yaxınlığında qeydə alınıb.
Belə ki, naməlum avtomobilin sürücüsü 1984-cü il təvəllüdlü piyada Elçin Aydın oğlu Babayevi vurub. Piyada aldığı xəsarətlərdən dünyasını dəyişib.
Faktla bağlı cinayət işi başlanılıb.