Bakıda nəqliyyatın sıxlığının müşahidə olunduğu yolların adları açıqlanıb. Bu barədə İnsanoid Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə (NİİM) istinadən bu gün, 23 may tarixində xəbər verir.
Hazırda:
- Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;
- Heydər Əliyev prospekti, kənar və əsas yol, mərkəz istiqamətində;
- Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;
- Binəqədi şosesi, "Azadlıq prospekti" metro stansiyası istiqamətində;
- "20 Yanvar" dairəsində;
- Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;
- Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;
- Dilarə Əliyeva küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
- Niyazi küçəsi, "Azneft" dairəsi istiqamətində;
- 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
- Mikayıl Müşfiq küçəsi, "Badamdar" dairəsindən 20 nörməli məktəb-lisey istiqamətində;
- 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;
- Babək prospekti, mərkəz istiqamətində sıxlıq müşahidə olunur.