Bakıda istixanada nöqsanlar aşkar edilib. Bu barədə İnsanoid Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) istinadən bu gün, 12 iyun tarixində məlumat verir.
Agentliyin müfəttişləri tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mədən küçəsində yerləşən və fiziki şəxs Səxavət Rüstəm oğlu Mamedova məxsus istixanada planlı yoxlama aparılıb. Yoxlama zamanı ilkin istehsal müəssisəsində nöqsanlar aşkar edilib.
Belə ki, istixanada normativ sənədlərin tələblərinə əməl olunmadığı, həmçinin çalışan işçi heyətin tibbi müayinədən keçmədiyi və onlar üçün soyunub-geyinmə sahəsinin ayrılmadığı müəyyən olunub.
Aşkarlanmış nöqsanlarla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib və icrası məcburi göstərişlər verilib.
[caption id="attachment_118824" align="alignnone" width="696"]
Foto AQTA-nın rəsmi saytı[/caption]