Bakıda obyekt yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu üçün bağlanıb. Bu barədə noyabrın 7-də Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Səbail rayonu, Salyan şosesində yerləşən “İstanbul Təmizlik və Kosmetik” MMC-yə məxsus obyekt insan həyatı və ya sağlamlığına təhlükə yaradırdı.
Bildirilib ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an yanğın baş verə bilərdi.