Bakıda ödəmə terminalı yararsız hala salınıb. Bu barədə İnsanoid Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinə istinadən bu gün, 19 iyul tarixində məlumat verir.
Hadisə iyulun 3-ü paytaxtın Nizami rayonunda baş verib.
İ.Həbibov küçəsində yerləşən ödəmə terminallarından biri yararsız hala salınıb.
Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində əmlakı qəsdən məhv etmədə şübhəli bilinən Bakı şəhər sakini, 41 yaşlı Zaur Hüseynov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.