Bakıda "Toyota-Prius" markalı avtomobil piyadanı vuraraq öldürüb. Bu barədə 15 dekabr tarixində Report məlumat verib.
Cahangirov Polad Yusif oğlu etibarnamə əsasında idarə etdiyi "Toyota-Prius" markalı avtomobillə Bakıxanov qəsəbəsi istiqamətində hərəkətdə olarkən "Kaspi" liseyinin qarşısında yolu keçən 1995-ci il təvəllüdlü piyada Məmmədov Sadiq Rizvan oğlunu ehtiyatsızlıqdan vurub.
Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.