Bakıda “Prius” qatarla toqquşub. Bu barədə 20 iyul tarixində Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Hadisə Bakı şəhərinin Xəzər rayonu Zirə qəsəbəsi ərazisində baş verib.
“Toyota Prius” markalı minik avtomobili ilə dəmir yolunda hərəkətdə olan qatarın toqquşması nəticəsində bir sərnişin deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qalıb.
Avtomobildə sıxılı vəziyyətdə qalan sərnişin xilas edilib və təcili tibbi yardım briqadasına təhvil verilib.
[playlist type="video" tracklist="false" ids="122599"]