Bakıda qadını şantaj edən şəxs tutulub. Bu barədə İnsanoid Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinə istinadən bu gün, 9 may tarixində xəbər verir.
Paytaxt sakini olan bir qadını şəkillərinin sosial şəbəkədə paylaşılacağı ilə hədələyərək ondan 250 manat pul tələb etmədə (şantaj) şübhəli bilinən Bakı sakini, 24 yaşlı İbrahim Nəcəfov müəyyən olunaraq saxlanılıb.
Araşdırmalarla İ.Nəcəfovun sosial şəbəkədə işlətdiyi səhifəsində həmin qadının şəkillərini bir dəfə paylaşaraq ondan 180 manat tələb edib alması, bir müddət sonra isə yenidən hədə-qorxu ilə pul tələb etməsi müəyyən olunub.