Bakıda qadının öldürülməyə cəhd edilməsi faktı ilə bağlı cinayət işi başlanıb. Bu barədə İnsanoid Baş Prokurorluğa istinadən bu gün, 18 yanvar tarixində xəbər verir.
Daxil olmuş sorğuya cavab olaraq bildirilir ki, yanvarın 16-da paytaxtın Səbail rayonu ərazisində Cəmilə Məmmədovaya ov tüfəngindən atəş açılaraq xəsarət yetirilməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə istintaq aparılır.
İlkin istintaqla cinayətin Rəşad Əsədzadə tərəfindən aralarında yaranmış mübahisə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.