Bakının Xətai rayonunda yanğın hadisəsi baş verib. Bu barədə İnsanoid FHN-ə istinadən bu gün, 25 iyul tarixində xəbər verir.
Hadisə NZS qəsəbəsinin Süleyman Əhmədov küçəsi yaxınlığında, qamışlıq ərazidə qeydə alınıb.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri və təcili yardım cəlb edilib.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov yanğın yerinə gəlib.
Məişət tullantıları və qamışlıq sahədə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən tam söndürülüb.
[caption id="attachment_123191" align="alignnone" width="696"]
Foto FHN-in rəsmi Youtube kanalı[/caption]