Bakıda qanunsuz tikilən obyektlər sökülüb. Bu barədə 18 iyul tarixində Fövqəladə Hallar Nazirliyi məlumat verib.
Bakı şəhərinin Xəzər rayonu Buzovna qəsəbəsinin Nizami küçəsində və Təmanis yaşayış massivində, həmçinin Qala qəsəbəsi, “Hövsan südçülük sovxozu” adlanan ərazidə heç bir icazəverici sənəd olmadan, qanunsuz tikinti işlərinin aparılması faktları aşkar edilib.
Qanunsuz tikinti işləri dayandırılıb və obyektlər sökülüb.
[gallery columns="2" link="file" size="full" ids="122328,122329"]