Bakının Binəqədi və Nəsimi rayonlarından qanunsuz torpaq daşındığı aşkar olunub. Bu barədə 20 iyul tarixində Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat verib.
Binəqədi rayonunun Xocəsən qəsəbəsi ərazisindən "Kamaz" markalı, 99-LN-166 dövlət nömrə nişanlı, 20 Yanvar metrosunun yaxınlığından isə "Kamaz" markalı, 90-CJ-533 dövlət nömrə nişanlı maşınlarla torpaq daşındığı müəyyən edilib.
Faktlarla bağlı akt tərtib olunub. Nəqliyyat vasitələrinin sürücülərinin kimliyi müəyyənləşdirildikdən sonra onların inzibati məsuliyyətə cəlb olunması üçün qanunamüvafiq tədbirlər görüləcək.