Bakının Yasamal rayonunda magistral su kəmərində baş vermiş qəza nəticəsində ərazidə yerləşən bəzi obyektləri su basıb. Bu barədə 26 oktyabr tarixində Fövqəladə Hallar Nazirliyi məlumat verib.
FHN-in qüvvələri su basmış yerlərdən suyun çəkilib kənarlaşdırılması işlərinə cəlb olunub.
Qeyd edək ki, səhər saatlarında Yasamal rayonunun Əsəd Əhmədov küçəsində yerləşən 1 400 mm-lik magistral su kəmərində qəza baş verib.