Bakıda partlayış baş verib. Bu barədə İnsanoid Report-a istinadən bu gün, 6 fevral tarixində xəbər verir.
Paytaxtın Yasamal rayonunun İnşaatçılar prospektində yerləşən qazanxanada partlayış olub.
Əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.
Partlayış dalğasının təsirindən qazanxana binası yararsız vəziyyətə düşüb. Yaxınlıqdakı binanın şüşələri qırılıb və “Toyota” markalı minik avtomobilinin üzərinə daşlar tökülərək avtomobili yararsız vəziyyətə salıb.
Hadisə zamanı 1 nəfər vətəndaş yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
FHN-in qüvvələri tərəfindən hadisə yerində zəruri təhlükəsizlik tədbirləri görülüb.
Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.