Bakıda qəzaya düşən sürücü xəstəxanada ölüb. Bu barədə 2 may tarixində Report məlumat verib.
Hadisə paytaxtın Nərimanov rayonunun Z.Bünyadov prospektində qeydə alınıb.
Belə ki, 1995-ci il təvəllüdlü Rzazadə Qasım Əlimusa oğlu idarə etdiyi "Mercedes" markalı avtomobili ilə 1999-cu il təvəllüdlü Qasımov Nuhid İltifas oğlunun idarə etdiyi "Toyota” markalı avtomobillə toqquşub. Nəticədə "Mercedes" markalı avtomobilin sürücüsü Q.Rzazadə aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Lakin o, mayın 1-də həmin xəstəxanada ölüb.
Faktla bağlı “yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma” maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaqı aparılır.