Bakıda bıçaqlanma olub. Bu barədə APA 30 may tarixində xəbər verib.
Qaradağ rayonunun Sahil qəsəbəsinin sakini Elvin Cavadov qısqanclıq zəminində aralarında yaranmış mübahisə nəticəsində 9 mərtəbəli binanın damında tanışı Rəfail Əhmədovu bıçaqlayıb.
Faktla bağlı cinayət işi başlanılıb, Elvin Cavadov saxlanılıb.