Bakının Sabunçu rayonunda evdə ailə-məişət zəminində dava zamanı ata bıçaqlanıb. Bu barədə İnsanoid APA-ya istinadən bu gün, 26 dekabr tarixində xəbər verir.
Hadisə Maştağa qəsəbəsində qeydə alınıb.
Albalılıq yaşayış massivi ərazisində 36 yaşlı Elman Xəlilov qarının ön divarının kəsilmiş-deşilmiş diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.
Bıçaqlanan şəxsin yaxınları bildiriblər ki, E.Xəlilov qızı tərəfindən bıçaqlanıb.
Sabunçu polisi hadisəni törətməkdə şübhəli bilinən qızı saxlayıb.