Bakıda Qoşulmama Hərəkatının (QH) Koordinasiya Bürosunun Nazirlər Toplantısı keçirilir. Bu barədə 5 iyul tarixində APA məlumat verib.
Tədbir iyulun 6-dək davam edəcək.
Nazirlər Toplantısında Hərəkatın gündəliyi ilə bağlı çoxsaylı əlavə tədbirlərlə yanaşı, yekun sənədlərin, o cümlədən Bakı Bəyannaməsinin qəbulu məsələsinə baxılacaq.
Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi 120 üzv dövlət, 18 müşahidəçi dövlət və 10 beynəlxalq qurumun daxil olduğu təşkilatın tarixində mühüm rol oynayıb.