Bakıda 2 azyaşlı quyuya düşərək ölüb. Bu barədə İnsanoid FHN və Baş Prokurorluğun Mətbuat Xidmətinə istinadən bu gün, 18 may tarixində xəbər verir.
Mayın 17-si saat 19:00 radələrində paytaxtın Sabunçu rayonu ərazisində dərinliyi təxminən 45-50 metr, diametri 2,5 metr olan su, mazut və məişət tullantıları ilə dolu quyuda 10 yaşlı 2 azyaşlının meyiti aşkar edilib.
Rayon prokurorluğundan bildirilib ki, ilkin araşdırma zamanı azyaşlıların meyiti üzərində hər hansı xəsarət müəyyən edilməyib.
Zərərçəkmişlərin ölüm səbəbinin müəyyən edilməsi üçün məhkəmə-tibbi ekspertizası təyin edilib və digər zəruri hərəkətlər aparılıb.
Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma davam edir.