Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, gündüz arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Bu barədə 21 avqust tarixində Milli Hidrometeorologiya Xidməti məlumat verib.
Mülayim cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 21-26°, gündüz 31-36° isti olacaq.
Azərbaycanın rayonlarında havanın, əsasən, yağmursuz olacağı, lakin gündüz bəzi dağlıq rayonlarda qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 20-25°, gündüz 32-37°, dağlarda gecə 10-15°, gündüz 20-25° isti olacaq.