Paytaxt Bakıda səhər saatlarında bir sıra yollarda tıxac yaranıb. Bu barədə İnsanoid Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən (NİİM) bu gün, 14 iyun tarixində xəbər verir.
Hazırda paytaxtın aşağıda göstərilən yollarında nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir:
- Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;
- Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
- Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;
- "20 Yanvar" dairəsində;
- Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;
- Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər sıxlıq müşahidə olunur.