Bakıda sərnişin marşrut avtobusunda vəfat edib. Bu barədə 2 mart tarixində “Qafqazinfo” məlumat verib.
Hadisə Sabunçu rayonu - Şəhər şosesində “Bakubus” MMC-yə məxsus M8 xətti üzrə hərəkət edən avtobusda qeydə alınıb.
Təxminən 45-50 yaşlarında olan kişinin halı qəfil pisləşib və o, az sonra vəfat edib.
Hadisə ilə bağlı araşdırma aparılır.