Paytaxtın Yasamal rayonunda sərxoş vəziyyətdə olan şəxsə qarşı soyğunçuluq edən iki nəfər saxlanılıb.
Bu barədə İnsanoid Daxili İşlər Nazirliyinə istinadən bu gün, 28 dekabr tarixində məlumat verir.
Bakı sakini olan bir nəfər müraciət edərək rayon ərazisində tanımadığı iki nəfərin onun sərxoş vəziyyətdə olmasından istifadə edib, mobil telefonunu soyğunçuluq yolu ilə aldıqlarını bildirib.
Bölmə əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 27 yaşlı Tohid Məmmədov və 24 yaşlı İsmayıl Qəhrəmanov saxlanılıblar. Soyğunçuluq edən şəxslərin qanunsuz hərəkətləri ərazidə quraşdırılan kameralar vasitəsilə də qeydə alınıb.
Faktla bağlı araşdırmalar davam edir.