Bakı şəhərinin Binəqədi rayonunda yerləşən mebel sexində yanvarın 15-də baş verən partlayış-yanğında ölənlərin sayı artıb. Bu barədə 20 yanvar tarixində Report Baş Prokurorluğa istinadən məlumat verib.
Hadisə zamanı xəsarət alan 1996-cı il təvəllüdlü Rüstəmov Adil Aydın oğlu göstərilən tibbi yardımlara baxmayaraq, yanvarın 20-də müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Bununla da hadisə nəticəsində həyatını itirənlərin sayı 10-a çatıb.
Qeyd edək ki, yanvarın 15-də Bakı şəhərinin Binəqədi rayonunda yerləşən mebel sexində partlayış-yanğın baş verib.