Bakı şəhərinin Binəqədi rayonu A.Kunanbayev küçəsində yerləşən sexdə baş vermiş partlayış nəticəsində dağıntılar altında qalan daha bir nəfərin cəsədi tapılıb. Bu barədə 16 yanvar tarixində Fövqəladə Hallar Nazirliyi məlumat verib.
Bununla da ölənlərin sayı 9 nəfərə çatıb.
Qeyd edək ki, yanvarın 15-də Bakı şəhəri Binəqədi rayonunda yerləşən mebel sexində partlayış-yanğın baş verib. Ötən gün 7 nəfərin cəsədi tapılaraq aidiyyəti üzrə təhvil verilmişdi.
***
15:38
Bakı şəhərinin Binəqədi rayonundakı A.Kunanbayev küçəsində yerləşən sexdə baş vermiş partlayış nəticəsində dağıntılar altında qalan daha bir nəfərin cəsədi tapılıb. Bu barədə 16 yanvar tarixində Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bununla da ölənlərin sayı 8 nəfərə çatıb.
Hazırda axtarış-xilasetmə əməliyyatı davam etdirilir.
Qeyd edək ki, yanvarın 15-də Bakı şəhəri Binəqədi rayonunda yerləşən mebel sexində partlayış-yanğın baş verib. Ötən gün 7 nəfərin cəsədi tapılaraq aidiyyəti üzrə təhvil verilmişdi.
[gallery link="file" size="full" ids="158864,158863,158862"]