Bakıda sexdəki partlayışda ölənlərdən biri Gürcüstan vətəndaşıdır. Bu barədə İnsanoid Report-a istinadən bu gün, 16 yanvar tarixində xəbər verir.
Gürcüstan Xarici İşlər Nazirliyindən bildirilib ki, nazirlik mərhumun yaxınları ilə əlaqə saxlayır.
Ölən şəxsin adı açıqlanmayıb.
Yanvarın 15-də Bakının Binəqədi rayonundakı sexdə baş verən partlayışda 9 nəfər ölüb, 24 nəfər xəsarət alıb.