Bakıda stomatoloji klinikada rentgen-müayinə fəaliyyəti dayandırılıb. Bu barədə İnsanoid Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətinə istinadən bu gün, 9 dekabr tarixində məlumat verir.
Bu çərçivədə Agentlik tərəfindən Bakı şəhəri Nəriman Nərimanov rayonunun Ceyhun Hacıbəyli küçəsində fəaliyyət göstərən fiziki şəxs Məmmədov Rövşən Afiq oğluna məxsus stomatoloji klinikada sahibkarın müraciəti əsasında keçirilmiş yoxlama tədbirləri zamanı rentgen aparatının istismarı ilə əlaqədar radiasiya təhlükəsizliyi tələblərinin pozulması faktı aşkar edilib.
Faktla bağlı Agentlik tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq görülmüş tədbirlər nəticəsində qeyd olunan stomatoloji klinikada istifadə edilən rentgen aparatının istismarı dayandırılıb.