Bakıda avtomobil velosipedçini vuraraq öldürüb. Bu barədə 5 iyun tarixində APA məlumat verib.
Belə ki, 1995-ci il təvəllüdlü Həsənova Təhminə Kamil qızı idarə etdiyi “Hyundai İ30” markalı avtomobillə Sabunçu rayonunun Bakıxanov qəsəbəsi, Bəşir Bünyadov küçəsində yerləşən 84 nömrəli tam orta məktəbin qarşısında hərəkətdə olan zaman yolun solundan sağına keçən velosipedçi, 1964-cü il təvəllüdlü Hüseynov Suliddin Faxrət oğlunu vurub.
O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanılaraq istintaq aparılır.