Bakıda sürücü müştərini döyərək telefonunu əlindən alıb. Bu barədə İnsanoid Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinə istinadən bu gün, 12 may tarixində xəbər verir.
Mayın 10-da saat 18:00 radələrində Suraxanı rayonunun Əmircan qəsəbəsi ərazisində “Hyundai” markalı avtomobilin sürücüsünün 1 nəfəri döyərək mobil telefonunu almaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Orxan Quluzadə müəyyən edilərək saxlanılıb.
Araşdırma aparılır.