Bakıda piyadanın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə 13 noyabr tarixində Report məlumat verib.
Hadisə paytaxtın Sabunçu rayonunda qeydə alınıb.
Belə ki, Vüsal Şirinov idarə etdiyi "BMW" markalı avtomobillə hərəkətdə olarkən yolu soldan sağa keçən 1993-cü il təvəllüdlü Məhəmmədəli Həsənzadəni vurub. Yaralı aldığı xəsarətlərdən 3 saylı Şəhər Kliniki Xəstəxanasında ölüb.
Faktla bağlı istintaq aparılır.