Bakı şəhərinin Nizami rayonu Nəsimi küçəsi, 32A ünvanında yerləşən Əliyev Elnur Tahir oğluna məxsus suşi emalı müəssisəsində yoxlama keçirilib. Bu barədə 24 noyabr tarixində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat verib.
Normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib. Müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub.
Həmçinin müəssisədə texnoloji prosesin ardıcıllığına əməl olunmadığı, temperaturun monitorinqi və qeydiyyatının aparılmadığı, havalandırma sisteminin quraşdırılmadığı, temperatur rejiminə əməl olunmadığı və digər nöqsanlar aşkarlanıb.
Faktla bağlı müəssisədə işlərin görülməsi, xidmətlərin göstərilməsi nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb və rəhbərlik barəsində inzibati protokol tərtib edilib.
[gallery link="file" size="full" ids="139173,139174,139175"]