Bakıda suşiyə həsr olunmuş sərgi keçiriləcək. Bu haqda məlumatı İnsanoid bu gün, 13 yanvar tarixində Yaponiyanın Azərbaycandakı səfirliyinə istinadən xəbər verir.
“Suşini sevirəm” adlı dünya sərgisi 14-22 yanvar Bakıda yerləşən Daş Salnamə Muzeyində baş tutacaq.
Qeyd edək ki, Yaponiya mətbəxində xüsusi rol oynayan suşi gözəlliyi və dadı ilə, həmçinin sağlam qida kimi dünyanın bir çox ölkələrində sevilir və tanınır.