Bakıda gənc qız faciəli şəkildə ölüb. Bu barədə 31 yanvar tarixində APA məlumat verib.
Hadisə Naximov küçəsi 37 ünvanında qeydə alınıb.
Belə ki, 2003-cü il təvəllüdü Məmmədova Aytən Xalid qızı yaşadıqları binanın 4-cü mərtəbəsindən yıxılaraq ölüb. Mərhum bu gün Ucar rayonunda torpağa tapşırılacaq.