Bakının Suraxanı rayonunda üzərində qanunsuz olaraq odlu silah saxlayan şəxs tutulub. Bu barədə İnsanoid Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinə istinadən bu gün, 24 may tarixində məlumat verir.
Tədbir zamanı əvvəllər məhkum olunmuş, Hövsan qəsəbəsində yaşayan Tərlan Məmmədov saxlanılaraq Polis Şöbəsinə gətirilib. Onun üzərindən 1 ədəd kustar üsulla hazırlanmış atəşə yararlı "Retay F-29" markalı tapança aşkar olunaraq götürülüb. Tərlan Məmmədov odlu silahı bir neçə ay əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək özündə saxladığını bildirib.
Faktla bağlı 30-cü Polis Şöbəsində toplanan materiallar Suraxanı Rayon Polis İdarəsinə göndərilib, araşdırmalar davam etdirilir.