Bakıda tapdığı silahı satmaq üçün saxlayan şəxs saxlanılıb. Bu barədə İnsanoid Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə istinadən bu gün, 18 noyabr tarixində xəbər verir.
Xəzər rayon polisi üzərində qanunsuz olaraq odlu silah gəzdirən, əvvəllər məhkum olunmuş 47 yaşlı paytaxt sakini Rüfət Bayramovu saxlayıb.
Onun üzərinə baxış zamanı 1 ədəd lüləsi və qundağı kustar üsulla kəsilmiş “TOZ-8” modelli tüfəng və 4 ədəd patron aşkar edilərək götürülüb. R.Bayramov silahı bir müddət əvvəl tapdığını, lakin polisə təhvil verməyərək satmaq məqsədi ilə özündə saxladığını bildirib.
Faktla bağlı araşdırmalar davam etdirilir.