Paytaxtın Nərimanov rayonu, Ziya Bünyadov prospektində fəaliyyət göstərən inşaat materialları bazarında baş vermiş yanğın ərazisində bütün açıq alov mənbələri söndürülüb.
Bu barədə İnsanoid Fövqəladə Hallar Nazirliyinə istinadən bu gün, 23 noyabr tarixində məlumat verir.
Hazırda bəzi tüstülənmə mənbələrinin tam söndürülməsi və soyutma işləri davam etdirilir.
Bakıda taxta bazarında yanğın baş verib: 1 nəfər ölüb 09:25
Bakıda inşaat materialları bazarı yanır. Bu barədə İnsanoid Fövqəladə Hallar Nazirliyinə istinadən bu gün, 23 noyabr tarixində xəbər verir.
Paytaxtın Binəqədi rayonunun Ziya Bünyadov prospektindəki “Dərnəgül” taxta bazarının ərazisində yanğın baş verib.
Hadisə yerinə 2 təcili tibbi yardım briqadası cəlb olunub. Ümumilikdə 20 ədəddən artıq xüsusi texnika və 85 nəfərdən artıq canlı qüvvə cəlb olunub.
Yanğın nəticəsində bir nəfər şəxsin ürək tutmasından vəfat etdiyi bildirilir.
Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev yanğın olan ərazidədir.