Bakıda temperatur normadan artıq olub. Bu barədə İnsanoid Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinə istinadən bu gün, 29 iyun tarixində xəbər verir.
Saat 10:00-a olan məlumata əsasən, bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.
Yağıntı Balakəndə 10 mm, Göygöldə 9 mm, Daşkəsən, Gədəbəydə 8 mm, Qax, Gəncə, Şəmkir, Tovuz, Oğuz, Qəbələ, Şəki, Şahdağ, Mingəçevir, Göyçayda 2 mm-dək olub.
Şimal-qərb küləyi arabir Daşkəsəndə 23 m/s, Sabirabadda 17 m/s, Bakıda və Abşeron yarımadasında 20 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 2,7 metrə çatıb.
Havanın maksimal temperaturu iyunun 28-də Bakıda iqlim normasından 2 dərəcə yuxarı olub. Bakıda və Abşeron yarımadasında 30 dərəcəyədək, Naxçıvan MR-də 33-35 dərəcə, dağlıq rayonlarda 20-24 dərəcə, Aran rayonlarında 35 dərəcəyədək isti olub.