Nizami Tibb Mərkəzinin Təcili tibbi yardım şöbəsinin müdiri Cəmaləddin İsgəndərli vəfat edib. Bu barədə 1 iyul tarixində Report məlumat verib.
O, uzun müddətdir onkoloji xəstəlikdən müalicə alırmış.
Qeyd edək ki, Cəmaləddin İsgəndərli 1955-ci ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda anadan olub. 1977-1983-cü illərdə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunda Müalicə işi ixtisası üzrə təhsil alıb.