Bakının bir sıra yollarında tıxac yaranıb. Bu barədə İnsanoid Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə (NİİM) istinadən məlumat yayıb.
Hal-hazırda yollardakı vəziyyət:
1. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;
2. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;
3. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində sıxlıq müşahidə olunur.