Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb. Bu barədə İnsanoid Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə (NİİM) istinadən bu gün, 23 avqust tarixində xəbər verir.
Hazırda:
Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;
Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;
Heydər Əliyev prospekti, "Koroğlu" metro stansiyasının qarşısı, əsas yol, mərkəz istiqamətində;
"20 Yanvar" dairəsində;
Binəqədi şosesi, "Azadlıq Prospekti" metro stansiyası istiqamətində sıxlıq müşahidə olunur.