Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə edilir. Bu barədə İnsanoid Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən (NİİM) bu gün, 31 avqust tarixində məlumat verir.
Hazırda:
Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;
Ziya Bünyadov prospekti, "Çermet" körpüsündən "20 Yanvar" metro stansiyası istiqamətində;
"20 Yanvar" dairəsində;
Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;
Sabunçu-Zabrat şosesi, "Koroğlu" metro stansiyası istiqamətində;
Qara Qarayev prospekti, "Qara Qarayev" metro stansiyasından "Koroğlu" metrostansiyası istiqamətində;
Binəqədi şosesi, "Azadlıq Prospekti" metro stansiyası istiqamətində;
Mikayıl Əliyev küçəsi, Neft Emalı Zavodunun yanından "Koroğlu" metro stansiyası istiqamətində (dairəyə qədər) sıxlıq müşahidə olunur.