Hazırda Bakının 21 küçə və prospektində nəqliyyatın sıxlığı müşahidə olunur. Bu barədə İnsanoid Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən bu gün, 27 noyabr tarixində xəbər verir.
Hazırda yollardakı vəziyyətr:
- Ziya Bünyadov prospekti, 20 Yanvar m/st istiqamətində;
- Binəqədi şosesi, "Azadlıq Prospekti" metro stansiyasından Binəqədi qəsəbəsi istiqamətində;
- Tbilisi prospekti, mərkəz istiqamətində;
- Koroğlu Rəhimov küçəsi, Akademik Həsən Əliyev küçəsi istiqamətində;
- Ak. Həsən Əliyev küçəsi, hər iki istiqamətdə;
- Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;
- 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
- Zərifə Əliyeva küçəsində;
- Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən "Dədə Qorqud" parkı istiqamətində;
- Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;
- Atatürk prospekti, Ziya Bünyadov prospekti istiqamətində;
- Dilarə Əliyeva küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
- Bül-Bül prospekti, "Sahil" metro stansiyasının qarşısında;
- Niyazi küçəsi, Azneft dairəsi istiqamətində;
- Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;
- Babək prospekti, mərkəz istiqamətində;
- Mikayıl Müşfiq küçəsi, 20 saylı məktəb istiqamətində;
- Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;
- Səməd Vurğun küçəsi, Lev Tolstoy küçəsi ilə kəsişmədən Neftçilər prospekti istiqamətində;
- "20 Yanvar" dairəsində;
- Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində sıxlıq müşahidə olunur.