Bakının bir sıra yollarında tıxac yaranıb. Bu barədə İnsanoid Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən bu gün, 28 dekabr tarixində məlumat verir.
Hal-hazırda yollardakı vəziyyət:
- Qara Qarayev prospekti, "Qara Qarayev" metro stansiyasından "Koroğlu" metro stansiyası istiqamətində;
- Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;
- Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
- "20 Yanvar" dairəsində;
- Heydər Əliyev prospekti, kənar yol, mərkəz istiqamətində;
- Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;
- Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;
- Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;
- Binəqədi şosesi, "Azadlıq Prospekti" metro stansiyası istiqamətində;
- Babək prospekti, mərkəz istiqamətində;
- Sabunçu-Zabrat şosesi, "Koroğlu" metro stansiyası istiqamətində sıxlıq müşahidə olunur.