Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur. Bu barədə İnsanoid Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən bu gün, 6 fevral tarixində məlumat verir.
Hal-hazırda yollardakı vəziyyət:
- Heydər Əliyev prospekti, kənar və əsas yol, mərkəz istiqamətində;
- Babək prospekti, mərkəz istiqamətində;
- Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;
- Binəqədi şosesi, "Azadlıq Prospekti" metro stansiyası istiqamətində;
- Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;
- Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;
- "20 Yanvar" dairəsində;
- Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;
- Gülarə Qədirbəyova küçəsi, Koroğlu Rəhimov küçəsi istiqamətində;
- Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;
- Badamdar şosesi, mərkəz istiqamətində;
- 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində sıxlıq müşahidə olunur.