Bakıda avtomobil 61 yaşlı kişini vuraraq öldürüb. Bu barədə APA məlumat verib.
Binəqədi rayon ərazisində 1982-ci il təvəllüdlü Zaur Fərəcov idarə etdiyi "Toyota Prius" markalı avtomobillə yolu keçən 1962-ci il təvəllüdlü İslah Qafarovu vurub.
Piyada xəstəxanaya yerləşdirilib. Lakin həkimlərin səyinə baxmayaraq, ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.