Bakıda bıçaqlanma hadisəsi baş verib. Bu barədə Report 14 iyul tarixində xəbər verib.
Hadisə Nizami rayonu ərazisində yerləşən "Lotos" ticarət mərkəzinin qarşısında qeydə alınıb.
Belə ki, naməlum şəxslər Ukrayna vətəndaşı, Binə qəsəbəsində yaşayan Əlizadə Vidadi Səfər oğluna bədən xəsarətləri yetiriblər. V.Əlizadəyə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra vəziyyəti qənaətbəxş olduğundan evə buraxılıb.
Faktla bağlı araşdırma aparılır.