Səhiyyə Nazirliyi Tibb Universitetinin Tədris Terapevtik Klinikasında Ukraynada baş verən müharibədən qaçqın düşərək Azərbaycana sığınan uşaqlar üçün tibbi müayinələr təşkil olunub. Bu barədə 15 iyul tarixində Report məlumat verib.
Aksiya çərçivəsində 50-dən çox uşaq müxtəlif tibbi müayinələrdən keçib.
Səfir Vladislav Kanevskiy Azərbaycanda məskunlaşan ukraynalı ailələrə göstərilən qayğı, ölkəsinə verilən dəstəyə görə minnətdarlığını ifadə edib. O bildirib ki, Azərbaycanda məskunlaşan ukraynalı ailələrə və uşaqlara göstərilən qayğı Ukrayna hakimiyyəti tərəfindən də yüksək qiymətləndirilir.
[gallery link="file" columns="2" size="full" ids="122073,122074"]