Bakı şəhərinin Nəsimi rayonunda Uşaq Bağçasının ərazisində yanğın olub. Bu barədə 27 iyun tarixində Fövqəladə Hallar Nazirliyi məlumat verib.
Belə ki, Uşaq Bağçasının ərazisində ümumi sahəsi 40 kvadratmetr olan tikilinin (anbar kimi istifadə olunur) yanar konstruksiyaları və içərisindəki istifadəyə yararsız əşyalar yanıb. Yaxınlıqdakı tikililər və ağaclar yanğından mühafizə olunub.
Yanğın söndürülüb.