Sabah ölkədə güclü külək əsəcək. Bu barədə İnsanoid Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinə istinadən bu gün, 21 dekabr tarixində xəbər verir.
Bakıda və Abşeron yarımadasında sabah günün ikinci yarısından dekabrın 24-dək cənub-qərb küləyinin arabir 15-18 m/s, dekabrın 23-ü gündüz saatlarında isə yarımadanın bəzi yerlərində arabir 20-25 m/s-dək güclənəcəyi gözlənilir.
Sabah gündüz saatlarından dekabrın 24-dək, əsasən, dağlıq və dağətəyi rayonlarda cənub-qərb küləyinin 15-18 m/s, arabir 23-25 m/s, ayrı-ayrı yerlərdə arabir 27-32 m/s-dək güclənəcəyi gözlənilir.