Baş plan çərçivəsində paytaxtın bəzi küçə və prospektlərində, yeni layihələndirilən avtomobil yollarında və yeni şəhər inkişaf ərazilərində velosipedlərin hərəkəti üçün zolaqların salınması və velosiped nəqliyyatı infrastrukturunun yaradılması nəzərdə tutulur. Bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapıb.
Bu barədə 8 yanvar tarixində Report məlumat verib.
İlkin olaraq, şəhərin mərkəzi hissəsi üzrə uzunluğu təqribən 10 km olacaq velosiped zolağının təşkil edilməsi nəzərdə tutulur (yolun orta xətti ilə qəbul edildikdə təqribən 6 km).
Bakı şəhəri üzrə 2040-cı ilədək velosiped zolaqları/yolları şəbəkəsinin ümumi uzunluğunun təxminən 285 km təşkil edəcəyi planlaşdırılır.